ÜDM-nin həcmi 100 milyard manatdan artıq olub” – Tahir Mirkişili

ÜDM-nin həcmi 100 milyard manatdan artıq olub” – Tahir Mirkişili

"2022-ci ildə Azərbaycanda ÜDM-nin həcmi ilk dəfə olaraq 100 milyard manatdan artıq olub. İlin sonuna olan göstəricilərə əsasən, ÜDM-in həcmi 133.8 milyard manat təşkil edib".

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. Deputat “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi haqqında çıxışına belə davam edib:

 

"Ümumilikdə ötən il həm neft-qaz sektorunu, həm də qeyri-neft sektorunu əhatə etməklə ÜDM-də 40.6 milyard manat əlavə artım müşahidə olunub. Neftin 1 barelinin qiymətinin 2022-ci ilin dövlət büdcəsində 85 ABŞ dolları ətrafında planlaşdırılıb, lakin bu göstəricinin 103,6 ABŞ dolları ətrafında olduğunu və bu, büdcə gəlirlərinə müsbət təsir göstərib".

 

Komitə sədri ölkədə 2022-ci ildə orta illik inflyasıyanın 13,9 faiz təşkil etdiyini, inflyasiya ilə mübarizə sahəsində bir çox zəruri tədbirlərin görüldüyünü qeyd edib. O, bu istiqamətdə atılan addımların inflyasiyanın mənfi təsirlərinin azalmasına xidmət etdiyini deyib.

 

Tahir Mirkişili bildirib ki, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri proqnozdan 1 milyard 481 milyon manat artıq icra olunub, xərcləri isə 32 milyard 64.6 milyon manat həcmində icra edilib. O, icra göstəricilərinin yüksək olduğunu və bunun qarşıda duran hədəflərin yerinə yetirilməsi baxımından önəmli olduğunu qeyd edib, kəsirin 3,1 milyard manat planlaşdırıldığını, nəticədə isə 1 milyard 385 milyon manat ətrafında olduğunu deyib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Bu gün Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.   ...

COP29 zamanı Bakıda 350 elektrik avtobusu işləyəcək

BMT-nin​ İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 elektrik avtobusundan istifadə olu...

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...