Logo

Bir dollar 28 lirəyə yaxınlaşacaq - İnvestisiya bankı

Bir dollar 28 lirəyə yaxınlaşacaq - İnvestisiya bankı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan faiz dərəcələrini aşağı saxlamaq siyasətinə sadiq qalacağı təqdirdə türk lirəsi 29 faiz ucuzlaşacaq.

Sfera.az xəbər verir ki, belə bir proqnozla “Morgan Stanley” investisiya bankının analitikləri çıxış edib.

“Morgan Stanley” analitikləri hesab edir ki, dollar/TL kursu gözlənildiyindən daha tez 26 səviyyəsinə çata bilər. İnvestisiya bankı proqnozlaşdırır ki, faiz siyasətinin istiqamətində dəyişiklik olmazsa ilin sonuna qədər kurs hətta 28-ə yaxınlaşacaq.

Hazırda dollar/TL kursu 20-ni ötüb. Türkiyədə rəsmi dairələr ilin sonuna qədər məzənnənin 23 həddinə çatacağını proqnozlaşdırır.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR