Logo

Azərbaycanda ən çox ərzaq istehlak edən region – İldə 823 kq

Azərbaycanda ən çox ərzaq istehlak edən region – İldə 823 kq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan əhalisi ötən il ərzində adambaşına orta hesabla 742 kq ərzaq məhsulu istehlak edib.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəmizdə ərzaq istehlakı regionlar üzrə kəskin fərqlənir.

Statistik məlumatlara görə, 2022-ci ildə Azərbaycanda ən çox qida qəbul edən region Şirvan-Salyan (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları) olub. Burada yaşayan insanlar il ərzində adambaşına 823 kq ərzaq istehlak ediblər.

Burada əhali daha çox çörək, süd və süd məhsulları, meyvə istehlak edib. Şirvan-Salyan regionun əhalisi Azərbaycanda ən çox çörək yeyən insanlardır. Onlar orta hesabla ildə adambaşına 151 kq çörək yeyiblər. Bu göstərici Bakıda qeydə alınan ən aşağı göstəricidən (121 kq) 30 kq artıqdır. 
Adıçəkilən regionun əhalisi ildə 296 kq süd və süd məhsulları, 89,5 kq meyvə istehlak edib.

Ən az ərzaq məhsulu istehlak edən region isə Mil-Muğandır (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları). Bu regionda əhali 678 kq ərzaq yeyib.

Bu regionda əhali kartofu, süd və süd məhsullarını, əti ölkə üzrə ən az istehlak edir.

Mil-Muğandan başqa Qarabağ (723 kq) və Bakı (731 kq) əhalisi də az ərzaq istehlak edib.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR