Bu avtomobillər 2 min avro BAHALAŞACAQ

Bu avtomobillər 2 min avro BAHALAŞACAQ

Avropa İttifaqı ölkələrində istehsal edilən benzin və dizel mühərrikli avtomobillərin dəyəri yaxın illərdə 2 min avrodan çox bahalaşacaq. 


Sfera.az xəbər verir ki, belə bir açıqlama ilə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) çıxış edib. 


ACEA bahalaşmanın səbəbini Avropa İttifaqına (Aİ) üzv olan ölkələrdə “Avro 7” ekoloji standartlarının tətbiqi ilə əlaqələndirib. 


Aİ ölkələri 2025-ci ilin iyul ayında minik avtomobillərində, 2027-ci ilin iyul ayında isə ağır çəkili avtomobillərdə “Avro 7” standartlarının tətbiqinə başlayacaq. Yeni standartlar atmosfer havasına atılan zərərli qazların miqdarının bir qədər də azaldılmasını nəzərdə tutur. 


ACEA hesab edir ki, sərt emissiya qaydaları avtomobil istehsalçılarının xərclərini artıracaq: “Yeni standartlara uyğun olaraq, daxili yanma mühərrikli avtomobillər və mikroavtobuslar üçün bir avtomobilin qiyməti təxminən 2000 avro, dizel yük maşınları və avtobuslar üçün isə təxminən 12 000 avro əlavə xərc yaradacaq. Bu rəqəmlər Avropa İttifaqı Komissiyasının “Avro 7”-yə keçidlə bağlı hesabladığı qiymətlərdən xeyli yüksəkdir. Komissiya qiymətləndirməsində minik avtomobilləri və mikroavtobuslarda xərclərin 180-450 avro, yük maşınları və avtobuslar üçün 2800 avro dəyərində artacağını təxmin etmişdi”.


Vasif


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...