ABB-dən sahibkarlar üçün onlayn kredit

ABB-dən sahibkarlar üçün onlayn kredit

Sahibkarların etibarlı tərəfdaşı olan ABB maliyyə xidmətlərini onlar üçün daha da rahat və əlçatan etməkdən ötrü yeni həll təqdim edib. İndi fərdi sahibkarlar da kreditlərini ABB-dən onlayn qaydada sifariş verib ala bilərlər.

 

Dövriyyəni bank hesabları üzərindən həyata keçirən hər bir fərdi sahibkar bu imkandan faydalanaraq bankın “Tərəfdaşlara Anında Dəstək” krediti məhsulunu onlayn sifariş verə bilər. Bunun üçün bankın cari müştərisi sadəcə İnternet Bankçılıq sisteminə daxil olub sifarişini verir, yeni müştəri isə “Müştəri ol” prosesindən keçdikdən sonra sifariş edir. Beləliklə, banka gəlmədən maksimum 2 gün ərzində sərfəli şərtlərlə krediti əldə edir.

 

ABB-nin bu təklifi fərdi sahibkarlara bir çox üstünlüklər yaradır:

- Müraciətlər asan şəkildə banka göndərilir;

- Sifarişlər operativ şəkildə təhlil edilir;

- Sənədləşmə elektron qaydada aparılır;

- Rəsmiləşdirmə prosedurları çox sadədir, müştəri minimum sayda sənəd təqdim edir.

 

18 avqusta qədər davam edəcək kampaniya müddətində onlayn kredit müraciəti edən fərdi sahibkarlar krediti cəmi 13 faizlə əldə edirlər. Üstəlik onlardan xidmət haqqı da tutulmur.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Vətəndaşların əmək hüquqlarını pozan şirkət cərimələndi

Vətəndaşların əmək hüquqlarını pozan daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.   Şirvan şəhər prokurorluğundan Sfera.az-a verilən məlumata görə, ...

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib - Komitə sədri

Ölkə üzrə sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunu Mil...

Bakıda 62 yaşlı kişi küçədə VƏFAT ETDİ

Bakıda yaşayan Salyan rayon sakini küçədə dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi N.Axundo...

Xırdalanda ev yanır - VİDEO

  Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi qeydə alınıb.   Sfera.az xəbər verir ki, h...

Yalnız Bakıda 500 mindən çox sənədsiz ev var - Deputat

Bakıda sənədsiz evlərin sayı 500 mindən çoxdur.   Sfera.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər kom...

Uşaqların xəstələnməməsi üçün BUNLARI EDİN - HƏKİM RƏYİ

İlin bütün fəsillərində, azyaşlılardan böyüklərə qədər müxtəlif sağlamlıq problemləri ortaya çıxır. Son dövrlərdə uşaqlar arasında qripə oxşar virus infeksiyala...