Qızıl-zinət əşyaları BAHALAŞACAQ - SƏBƏB

Qızıl-zinət əşyaları BAHALAŞACAQ - SƏBƏB

Bu günlərdə başa çatan G7 sammitində Rusiyada çıxarılan almaz və qızılın ixracına embarqo qoyulmasına dair qərar qəbul edilib. Bu qərarın dünyada zinət əşyalarının dəyərində artıma səbəb olacağı ehtimal olunur. 


Sfera.az xəbər verir ki, Türkiyə mediasına açıqlama verən Zərgərlik Məmulatları İxracatçıları Birliyinin sədri Burak Yakın bunun səbəbini Rusiyanın dünya almaz və qızıl bazarında böyük paya sahib olması ilə əlaqələndirib.


O deyib ki, dünyanın xam almaz tələbatının təxminən 60 faizini Rusiya təmin edir. Burak Yakın qızıl xammalı ilə təminatda da Rusiyanın önəmli tərəfdaş olduğunu vurğulayıb:

 

“Qızılla bağlı qərar Türkiyə üçün vacibdir. Rusiyada LBMA (London Bullion Market Association) tərəfindən təsdiq edilən 6 qızıl emalı zavodu var. Embarqoya görə bu zavodlarının bağlanması regionun ən böyük alternativi olan Türkiyədə qızıl emalı zavodlarının məhsullarına tələbatı artıracaq. Təbii ki, qızıl və almaz tədarükü azaldıqca zərgərlik sənayesinin xərcləri də artacaq və bu, qiymətlərdə öz əksini tapacaq”.


Onun sözlərinə görə yeni qərar dünyada almazın bahalaşmasını qaçılmaz edəcək. Burak Yakın almazla bərabər qızıldan alınan zərgərlik məmulatlarının da dəyərinin yüksələcəyini bildirib. 


Qeyd edək ki, Azərbaycan 2022-ci ildə təxminən 28 milyon dollar dəyərində qızıl-zinət əşyası idxal edib. Zinət əşyalarının əsas hissəsi İtaliyadan, qalan hissəsi İsveçrə, Meksika, Almaniya, ABŞ, Türkiyədən alınıb. 


Dünyada zinət əşyaları bahalaşarsa, bu, Azərbaycanda olan qiymətlərə də təsir edəcək. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...