Dövlət büdcəsində 3,24 milyard manat profisit yarandı

Dövlət büdcəsində 3,24 milyard manat profisit yarandı

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında dövlət büdcəsində 3 milyard 235,2 milyon manat profisit (vəsait artırlığı) yaranıb.


Sfera.az xəbər verir ki, ilk 4 ayda dövlət büdcəsinə 12 milyard 165 milyon manat vəsait daxil olub, büdcədən 8 milyard 929,8 milyon manat xərclənib. 


Büdcənin gəliri xərclərindən 36,2 faiz çox olub. 


Dövlət büdcəsində profisitin yaranmasının səbəbi aprel ayında büdcə gəlirinin kəskin şəkildə artmasıdır. Belə ki, birinci rübdə büdcənin gəliri 8,29 milyard manat, xərci 6,57 milyard manat, profisit 1,72 milyard manat idi.

 
Apreldə büdcənin gəliri 3,875 milyard manat, xərci 2,36 milyard manat təşkil edib. İlin dördüncü ayında büdcə xərci artsa da gəlirin daha çox artması profisit məbləğini kəskin artırıb. 

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR