Azərbaycanın idxalı 1,25 milyard dollar ARTDI

Azərbaycanın idxalı 1,25 milyard dollar ARTDI

Azərbaycan bu ilin 4 ayında idxal mallarına 5,3 milyard dollar pul xərcləyib. 


Sfera.az bildirir ki, cari ildə idxala xərclənən pul ötən ilin eyni dövrü ilə müqayisədə 1,258 milyard dollar, yəni 31,1 faiz çoxdur. 


İdxalın artmasının 2 səbəbi var. Birinci səbəb yüksək inflyasiyadır. Azərbaycana idxal edilən mallar 20 faizdən çox bahalaşdığından eyni miqdarda olan malın alışına xərclənən pul da artır. 


Amma idxalımızın 31,1 faiz artması onu göstərir ki, bu il ölkəmizin idxal xərclərinin artması sadəcə inflyasiya ilə bağlı deyil. Azərbaycan həm də idxal etdiyi malların miqdarını artırıb. 


İdxalda ən çox artım yanacaq xərclərinin (500 milyon dollardan çox), nəqliyyat vasitələrinə çəkilən xərclərin (150 milyon dollardan çox) və s. artması ilə bağlıdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR