Banklarda, yoxsa “yastıq altında”? – Vətəndaş pulunu harada saxlamağa üstünlük verir?

Banklarda, yoxsa “yastıq altında”? – Vətəndaş pulunu harada saxlamağa üstünlük verir?

Azərbaycanda böyük məbləğdə maddi vəsaitlər banklarda yox, evlərdə saxlanılır. Bunu mütəmadi olaraq evlərdən külli miqdarda pulların oğurlanması ilə bağlı məlumatlar da təsdiqləyir. Törədilən cinayətlər də sübut edir ki, yüksək məbləğli pulun evdə saxlanması təhlükəlidir.

 

Maraqlıdır, vətəndaşlar pullarını niyə banklara etibar etmir?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli deyib ki, vətəndaşlar iki səbəbdən evdə pul saxlayırlar:

 

“Birincisi, banklara etibar yoxdur – son 10 ildə  təxminən 40 bankdan 20-si bağlanıb. Bu isə 10 il üçün çox böyük rəqəmdir. İkincisi, məlumatsızlıqla bağlıdır. Yəni vətəndaşlar sığortalama əməliyyatlarından xəbərsizdirlər. Hökumət 100 min manata qədər əmanətləri 12 faizlə sığortalayır. 100 min manatdan çox vəsaiti bir banka qoyanda isə təbii ki, risk qalır. Banka etibarsızlıq, məlumatsızlıq, eyni zamanda valyutaya uzunmüddətli güvənin olmaması səbəbindən insanlar pullarını evlərində saxlayırlar. Yaxud, müəyyən yığıma çatandan sonra investisiya haqqında düşünürlər”.

 

Müsahibimiz bildirib ki, ölkədə kapital bazarı da yoxdur:

 

“İnsanlar rahat şəkildə əllərindəki vəsaiti şirkətlərin səhmlərinə, dövlətin istiqrazlarına yatıra bilmirlər. Burada həm də maariflənmə məsələsi var. Ümumi şəkildə bankların depozitlərinin səviyyəsinə baxdıqda, demək olar ki, bu, Azərbaycan tarixində ən yüksək səviyyədədir. İnsanların  banklara və depozit instituna etibarı yüksəkdir. Manat da uzun müddətdir stabildir, dollara görə fiks olunub”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR