"Günay Bank" kartlarında olan pulları vətəndaşlara hansı qurum qaytaracaq? - Deputat AÇIQLADI

"Mərkəzi Bankın qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank"da olan əmək haqqı və plastik kartlardakı pulların taleyi ilə bağlı ünvanlanan suallar ilə əlaqədar qeyd etmək istərdik ki, o vəsaitlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən kompensasiya ediləcək".


Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

 

O, yaxın zamanlarda prosesin başlayacağını qeyd edib:

 

"Bu baxımdan, həmin kartlarda olan pullar dövlət tərəfindən vətəndaşlara ödəniləcək. Belə ki, fiziki şəxslərin kartlarında olan vəsaitlər ləğvedici təyin edildikdən sonra qanunvericiliyə uyğun olaraq qorunan əmanət kimi vətəndaşlara ödənilir. Bunun üçün ləğvedici tərəfindən agent bank seçilir və həmin vəsaitlərin qaytarılması müəyyən edilmiş qaydada həyata keçirilir. Prosesə yaxın zamanlarda start veriləcəyi gözlənilir".

 

İnci

 


OXŞAR XƏBƏRLƏR