Azərbaycana elektromobil idxalı 6 dəfə artıb – Səbəblər nədir?

Azərbaycana elektromobil idxalı 6 dəfə artıb – Səbəblər nədir?

2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycana 568 ədəd elektromobil idxal edilib. 


Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən elektromobillərin sayı 476 ədəd və ya 6,17 dəfə artıb. Ötən ilin ilk 4 ayında Azərbaycana 92 ədəd elektromobil idxal edilmişdi. 


Ölkəmizə bu ildən elektromobil idxalının daha böyük sürətlə artmasının səbəbi dizel və benzin mühərriki ilə təchiz edilən avtomobillərin idxal xərclərinin artması, əvəzində istehsal tarixi 3 ilə qədər olan elektromobillərin idxalı ilə bağlı gömrük rüsum və vergilərinin ləğv edilməsi ilə bağlıdır. İndi bir elekromobilin idxalına görə gömrükdə 180-400 manat gömrük ödənişləri alınır. Amma benzin mühərriklə təchiz edilən yeni avtomobillərin idxalına görə ən ucuz variantda gömrük ödənişləri 5 min manat olur.  


Gömrük xərclərinin cüzi olması səbəbindən Azərbaycan əhalisi, şirkətlər elektromobil idxalını tədricən artırır. 


Elektromobillərə maraq yaradan digər amil onların istifadə zamanı yaranan xərclərinin az olmasıdır. Bu növ avtomobillərin cüzi yanacaq xərci olur, mühərrik və ötürücülər qutusunun yağının dəyişdirilməsi, filtirlərin yenilənməsi zərurəti yaranmır. 


Sadalanan səbəblərdən ölkəmizə elektromibil idxalı sürətlə artır. Ehtimal etmək olar ki, qarşıdakı aylarda da idxalda sürətli artım davam edəcək. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR