Nəsimi rayonu Bakının tikinti meydançasına çevrilib

Bakı şəhərində ümumi inşaat işlərinin 92,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.
Sfera.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2023-cü ilin birinci rübündə tikinti şirkətləri tərəfindən Bakıda 1,651 milyard manat dəyərində tikinti işi görülüb.
Tikinti işlərinin həcmi 32,3 faiz artıb.
Məlumatlardan görünür ki, paytaxtda tikinti işləri daha çox Nəsimi rayonunda aparılır. Bu rayonda 3 ay ərzində 394,5 milyon manat həcmində tikinti işi görülüb. Son bir ildə rayon ərazisində görülən tikinti işlərinin həcmi 20 faizə yaxın artıb.
Xətai rayonunda da tikinti işlərinin həcmi böyükdür. Burada birinci rübdə 313,3 milyon manat dəyərində iş görülüb. Xətai rayonunda bu il görülən işlərin həcmi 67,4 faiz artıb.
Bu iki rayonda görülən işlərin həcmi 708 milyon manat və ya paytaxtda görülən işlərin 61 faizini təşkil edib.
Vasif