Logo

Azərbaycanda bankların sayı 24-ə düşüb – Daha bir neçə bank bağlana bilər

Azərbaycanda bankların sayı 24-ə düşüb – Daha bir neçə bank bağlana bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Mərkəzi Bankının (AMB) qərarına əsasən daha bir kommersiya bankının lisenziyası ləğv edilib.

Sfera.az AMB-yə istinadən bildirir ki, “Günay Bank” ASC-nin lisenziyası bankın məcmu kapitalının miqdarı müəyyən edilən minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalı 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə geri alınıb. Bank müflisləşmə yolu ilə ləğv ediləcək.

AMB-nin bu qərarından sonra ölkəmizdə bankların sayı 24-ə düşüb. Son 10 ildə isə bankların sayı 45-dən 24-ə qədər azalıb.

Qeyd edək ki, bu ayın əvvəlində AMB-nin İdarə Heyətinin sədri Taleh Kazımov bəzi bankların maliyyə göstəricilərinin pis olması ilə bağlı açıqlama vermişdi. Həmin açıqlamadan sonra “Günay Bank”ın bağlanması təsadüfi deyil.

T.Kazımov həmin açıqlamasında bəzi bankların maliyyə vəziyyəti ilə bağlı çağırışların olduğunu bildirmişdi.

“Bunlar sistem əhəmiyyətli olmayan kiçik banklardır”, - söyləyən T.Kazımov maliyyə sektorunun ümumi vəziyyətinin onu qane etmədiyini vurğulamışdı:

“Soruşsanız maliyyə sektorunun ümumi vəziyyəti sizi tam qane edir? Deyərdim ki, etmir. İstəyirəm maliyyə sektorunun iştirakçıları risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə qabaqcıl təcrübənin tətbiqini daha da artırsınlar”.

Onu da bildirək ki, Azərbaycanda kommersiya banklarının sayının çox olması ilə bağlı dəfələrlə müzakirələr olub. Həmin müzakirələrdə ortaq rəy ondan ibarət olub ki, bankların sayı 18-20-yə qədər azaldılmalıdır.

Böyük ehtimalla AMB sadəcə “Günay Bank”la kifayətlənməyəcək və zəif, müasir idarəetmə vərdişlərini mənimsəyə bilməyən bankları bazardan tədricən uzaqlaşdıracaq.

İqtisadçı Samir Əliyev isə hesab edir ki, bankların bağlanmasını dünyada blokçeyn texnologiyasının tətbiqi fonunda müşahidə edilən bankların sayının azaldılması tendensiyası da tələb edir. Ekspert də düşünür ki, ölkəmizdə bir neçə bankın bağlanması ehtimalı yüksəkdir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR