Logo

“Günay Bank”da olan əmanətlər batacaq? – “Pullar 1 ay ərzində qaytarılmasa...”

“Günay Bank”da olan əmanətlər batacaq? – “Pullar 1 ay ərzində qaytarılmasa...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bankda depoziti olan bütün vətəndaşların əmanəti tez və süründürməçilik olmadan, maksimum 1 ay ərzində qaytarılmalıdır".

Sfera.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli "Günay Bank”-ın bağlanmasından danışarkən bildirib:

""Günay Bank”-ın Azərbaycan Bank bazarına yenidən daxil olması zatən müəmmalarla, suallarla dolu idi. Hətta 2018-də sədr müavini 100 milyon manat, 2021-də isə filial rəhbərlərindən biri 53 milyon  manat mənimsəmə iddiası ilə saxlanılmışdı. Ümumiyyətlə, 90-ların biznes və siyasi elitası ciddi problemdir, amma indi “Günay Bank” ləğv edildisə, bunun bütün bank sektoruna təsirlərini azaltmaq üçün təcili tədbirlər görülməlidir – Bankda depoziti olan bütün vətəndaşların əmanəti tez və süründürməçilik olmadan, maksimum 1 ay ərzində qaytarılmalıdır”.

Ekspert bildirib ki, vətəndaşların depozitləri ilə bağlı problemlər yaşanarsa, bu bütün bank sektoruna başağrısı gətirəcək:

“Ölkədə müasir bank sistemi yoxdur, inhisarçılıq olan sahədir. Bizim banklar hələ də 19-cu əsrin Bank məntiqi ilə işləyirlər, ancaq depozit götürüb yüksək faizlə kredit verməklə pul qazanırlar. 21-ci əsrin bankları başqa cür işləyirlər, onlar artıq çoxdan investisiya mərkəzlərinə çevriliblər, bizdə investisiya bankçılığı yoxdur".

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR