Xaricdən Azərbaycana göndərilən pulda böyük artım – STATİSTİKA
Kateqoriya məlum deyil
Xaricdən Azərbaycana göndərilən pul baratlarının həcmi 84,2 faiz artıb.
Sfera.az xəbər verir ki, bu haqda məlumat Mərkəzi Bankın “Pul siyasəti icmalı”nda əksini tapıb.
Məlumata əsasən, bu ilin birinci rübü ərzində ölkəmizə 442 milyon dollar dəyərində pul baratı göndərilib. Bu məbləğ 2022-ci ilin birinci rübündəki məbləğlə müqayisədə 202 milyon dollar çoxdur.
Ötən ilin ilk 3 ayında göndərilən pul baratlarının həcmi 240 milyon dollar idi.
2021-ci ilin birinci rübündə isə 227 milyon dollar pul göndərilmişdi.
Vasif






