Logo

İraq Ceyhandan neft ixrac etmək istəyir - Türkiyəyə müraciət etdi

İraq Ceyhandan neft ixrac etmək istəyir - Türkiyəyə müraciət etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İraq mayın 13-də Kərkük-Ceyhan xəttindən neft nəqlinə başlamaq üçün Türkiyəyə müraciət edib.

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, İraqın Neft Nazirliyi Türkiyədən sabah Kərkük-Ceyhan xam neft boru kəmərindən neft axınının bərpasını tələb edib.

Nazirliyin cümə axşamı gecəsi verdiyi açıqlamaya görə, İraqın xam neft şirkəti SOMO BOTAŞ-a Ceyhan terminalından tankerlərə neft yüklənməsinin bərpası tələbini çatdırıb.

Türkiyə beynəlxalq arbitraj məhkəməsinin ona qarşı çıxardığı təzminat qərarından sonra İraqın tələbi ilə martın 25-də Kərkük-Ceyhan xəttindən neft nəqlini dayandırmışdı.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR