Azərbaycanda neft istehsalı 8 faiz azalıb

Azərbaycanda neft istehsalı 8 faiz azalıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında 24,3 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 3,3 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,1 faiz artıb.


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye istehsalının azalmasının əsas səbəbi neft hasilatının azalması ilə bağlıdır. 


Belə ki, bu ilin ilk 4 ayında əmtəəlik qaz hasilatı 1,9 faiz artdığı halda, əmtəəlik neft hasilatı 8 faiz azalıb.  


Vasif

 


OXŞAR XƏBƏRLƏR