Azərbaycanda inflyasiyanın sürəti zəifləyir – SON RƏQƏMLƏR

Azərbaycanda inflyasiyanın sürəti zəifləyir – SON RƏQƏMLƏR

Azərbaycanda inflyasiya sürətində zəifləmə davam edir. 


Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin aprelində inflyasiya səviyyəsi 2022-ci ilin apreli ilə müqayisədə 12,8 faiz təşkil edib. 
Yanvar-aprel aylarını əhatə edən dövrü inflyasiya isə 13,5 faiz olub. 


Xatırladaq ki, mart ayından inflyasiya tempinin zəifləməsi müşahidə edilir. Martda illik inflyasiya 14,1 faizdən 13,6 faizə, dövrü inflyasiya 13,9 faizdən 13,8 faizə enmişdi. 


Ayrı-ayrı məhsul qrupları üzrə götürdükdə qida məhsullarında illik inflyasiya 15,5 faizə (fevralda 17,5 faiz), qeyri-ərzaq malları 11,3 faizə (fevralda 12,2 faiz), pullu xidmətlər 10,7 faizə (fevralda 11,4 faiz) geriləyib.


Vasif


OXŞAR XƏBƏRLƏR