Gömrükdə 2 milyard manatdan çox pul yığılıb
Kateqoriya məlum deyil
Bu ilin aprelində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 501,711 milyon manat olub.
Sfera.az DGK-ya istinadən xəbər verir ki, apreldə toplanan vəsait ilk 4 ayda yığılan ən az vəsaitdir.
Ümumilikdə yanvar-aprel ayları ərzində DGK-nin xətti ilə büdcə daxilolması 2,047 milyard manat təşkil edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə gömrük xətti ilə büdcə daxilolmaları 24,7 faiz artıb.
Bu qədər vəsaitin 1,47 milyard manatı ƏDV-dən, 497 milyon manatı gömrük rüsumundan, 62,3 milyon manatı aksizlərdən, 17 milyon manatı yol vergisindən ibarətdir.
Vasif






