Qeyri-neft mallarının ixracı 221 milyon dollar artıb

2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1,2 milyard dollar olub.
Sfera.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı məlumata istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,2 % artıb. Ötən ilin ilk 4 ayında Azərbaycan 979,4 milyon dollarlıq, yəni builkindən 221 milyon dollar az qeyri-neft məhsulu satmışdı.
2023-cü ilin yanvar-aprel ayları ərzində yeyinti məhsulları üzrə ixrac 236,2 milyon dollara bərabər olub. 2023-cü ilin yanvar-aprel ayları ərzində spirtli və spirtsiz içkilərin ixracı 6 dəfə, şəkər ixracı 27,6 % artıb.
2023-cü ilin yanvar-aprel ayları ərzində aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,1% artaraq 248,2 milyon dollar təşkil edib. Qeyri neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,8% artaraq 74,7 milyon dollar olub.
Vasif