Bu ölkədə istehlak kreditlərinin həcmi 4,85 trilyon dollara çatdı

ABŞ-də istehlak kreditlərinin ümumi məbləği martda gözləniləndən 26,5 milyard dollar artaraq 4,85 trilyon dollar çatıb.
Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Federal Ehtiyat Sistemi (FED) açıqlayıb.
Məlumatlara görə, ABŞ əhalisinin aldığı istehlak kreditlərinin adambaşına düşən məbləği 14,5 min dollar təşkil edib.
Müqayisə üçün bildirək ki, Azərbaycanda istehlak kreditlərinin həcmi 5,94 milyard manatdır. Ölkəmizdə adambaşına 587 manat, yəni 345 dollar istehlak krediti düşür.
ABŞ-də əhalinin adambaşına düşən gəliri Azərbaycandan təxminən 10 dəfə yüksəkdir. Bu məntiqlə Azərbaycanda istehlak kreditlərinin adambaşına düşən həcmi1400-1500 dollar olmalıdır. Ölkəmizdə bu növ kreditlərin az verilməsi idxalın təşviq edilməməsi ilə bağlıdır.
Vasif