ABŞ faizləri daha artırmayacaq? – FES pul-kredit siyasətini dəyişə bilər

ABŞ faizləri daha artırmayacaq? – FES pul-kredit siyasətini dəyişə bilər

ABŞ Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrini bundan sonra artırmaya bilər. 


Sfera.az xəbər verir ki, dünən FES faiz dərəcələrini daha 25 bənd artırdıqdan sonra belə bir ehtimal irəli sürülüb. 


FES yeni qərarını elan edən zaman gələcəkdə də uçot dərəcəsinin artırılmasına işarə edən bəyanat qətnamə mətnində olmayıb. Buna əsaslanan ekspertlər faizlərin gələcəkdə artırılmayacağını proqnozlaşdırıblar. Ekspertlər hətta 2024-cü ildən FES-in faizləri azalda biləcəyini də güman edir. 


Qeyd edək ki, faizlərin 25 bənd artırılmasından sonra uçot dərəcəsi 5-5,25 faiz aralığına çatıb. Bu, 2022-ci ilin martından bəri 10-cu faiz artımıdır. Qərar yekdilliklə qəbul edilib. Bununla da faiz dərəcələri 2007-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə qalxıb. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR