Logo

"Gələn il neftin qiyməti 40 dollar olacaq"

"Gələn il neftin qiyməti 40 dollar olacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Rəsmi Bakı neftin qiymətinin dəyişməsi ilə bağlı risk görmür. Belə ki, 2017-ci ilin büdcəsi 40 dollardan hesablanıb".

Sfera.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev "Ria Novosti” saytına verdiyi müsahibəsində deyib.

Dövlət başçısı hesab edir ki, 2017-ci ildə neftin qiyməti 40 dollardan aşağı düşməyəcək:

"Biz bu ilin büdcəsini barelli 25 dollar olmaqla hesablamışıq. Bununla da, bu ili profisitlə başa vurduq. Növbəti il 40 dollardan hesablayacağıq. Düşünürük ki, bundan aşağı düşməməlidir. Buna görə də, prinsipcə bizim üçün əlavə çətinliklər yaratmayacaq. Yeganə dövlət investisiya layihələrini azaltmalı olduq”.

Bununla yanaşı, prezident qeyd edib ki, neft bazarı qiymətlərin 60-70 dollara yüksəlməsinə köklənib: "Bu, hər kəs üçün sərfəli olardı".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR