Mərkəzi Bank ötən il dolların ucuzlaşmasına imkan verməyib – RƏQƏMLƏR

Mərkəzi Bank ötən il dolların ucuzlaşmasına imkan verməyib – RƏQƏMLƏR

2022-ci ildə Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə 99 valyuta hərracı keçirilib. 


Sfera.az AMB-yə istinadən xəbər verir ki, valyuta hərraclarının 80%-də təklif tələbi üstələyib. Hərraclarda orta təklif məbləği 70 milyon dollar, orta tələb 52,4 milyon dollar təşkil edib. 


Xarici valyutaya tələbin az olması səbəbindən AMB valyuta bazarından 2,048 milyard dollar dəyərində xarici valyuta alıb. 


AMB-nin bu müdaxiləsinin hesabına 2022-ci ildə manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi 1,7 manat təşkil edib. 


Kommersiya bankları isə orta hesabla 1 ABŞ dollarını 1,6971 manata alıb 1,7024 manata satıb. 


Ötən il manatın məzənnəsi avroya, türk lirəsinə, funt-sterlinqə, qazax tengesinə, yapon yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına qarşı bahalaşıb, rus rubluna və gürcü larisinə qarşı ucuzlaşıb. 


Mərkəzi Bank bildirir ki, il ərzində qeyri-neft sektoru üzrə nominal effektiv məzənnənin 8.4% bahalaşması idxal inflyasiyasının bir qismini neytrallaşdırıb.


Vasif


OXŞAR XƏBƏRLƏR