“SOCAR Türkiyəyə 18 milyard dollar sərmayə qoyub” – “Bloomberg”
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyəyə son 15 ildə 18 milyard dollar sərmayə qoyub.
Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bununla bağlı məlumatı SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “Petkim”in baş direktoru Anar Məmmədov açıqlayıb.
A.Məmmədov qeyd edib ki, “Petkim” bir ildə 11 milyon ton xam neft emal edir.
Baş direktor deyib ki, şirkət hazırda Türkiyənin neft-kimya məhsullarına olan tələbatının 12 faizini ödəyir: “Biz dizel yanacağına olan tələbatın 25 faizini ödəyirik. Ümumi neft-kimya məhsullarının isə 12 faizini təmin edirik. Hər il Türkiyədə neft-kimya bazarı 3-4 faiz böyüyür. Bu bazarın tələbatını ödəmək üçün 8 “Petkim” kimi şirkət yaratmaq lazımdır”.
“Petkim” İzmir şəhərində yerləşir. “Petkim”in 2022-ci ilin sonunda 6,5 milyard lirə xalis mənfəət əldə etdiyini bildirən A.Məmmədov Türkiyədə nağd aktivlərin 13 milyard lirəyə yüksəldiyini deyib:
“Mənfəətimiz 20 faiz artıb. 78 ölkəyə 899 milyon dollarlıq məhsul ixrac edirik. Biz 5 min 300 nəfəri birbaşa işlə təmin edirik. Əsas bazarımız isə Türkiyədir. “Petkim”də 15 istehsal və 6 köməkçi obyekt var. Hazırda il ərzində 60 növdə 3,6 milyon ton neft-kimya məhsulları istehsal edirik”.
Vasif