Əcnəbilər Azərbaycanda ən çox hansı sahələr üzrə bizneslə məşğul olurlar? - Statistika AÇIQLANDI 

Əcnəbilər Azərbaycanda ən çox hansı sahələr üzrə bizneslə məşğul olurlar? - Statistika AÇIQLANDI 

Azərbaycanda 16 917 hüquqi şəxs statusu olan xarici müəssisə var. 


Sfera.az xəbər verir ki, açıqlanan son məlumatlara görə, ölkəmizdə olan müəssisələrin 9,1 faizi əcnəbilərə məxsusdur. 


Əcnəbilərə məxsus müəssisələrin daha çox hissəsi ticarət sahəsi üzrə fəaliyyət göstərir. Burada 4800 hüquqi şəxs statusu olan sahibkarlıq subyekti var.


Əcnəbilər ticarət sahəsindən başqa inzibati və yardımçı xidmətlərin göstərilməsi (2239 müəssisə), peşə, elmi və texniki fəaliyyət (1828 müəssisə), turistlərin yerləşdirilməsi və ictimai iaşə (1700 müəssisə), tikinti (1502 müəssisə) sahələrində fəaliyyət göstərməyə üstünlük verirlər. 


Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı (13 müəssisə), su təchizatı; tullantıların təmizlənməsi və emalı (39 müəssisə) sahələrinə isə əcnəbilər çox maraq göstərmir. 


Sahələr üzrə götürdükdə müəssisələrin turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 37,5 faizi, mədənçıxarma sənayesində 23 faizi, inzibati və yardımçı xidmətlərin göstərilməsi sektorunda isə 22,2 faizi əcnəbilərə məxsusdur. 


Vasif


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...