Logo

Yüksək inflyasiya əhalinin yığım imkanlarını azaldır – RƏQƏMLƏR

Yüksək inflyasiya əhalinin yığım imkanlarını azaldır – RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2023-cü ildə əhalinin nominal gəlirlərinin yüksək olmasına baxmayaraq müşahidə edilən güclü inflyasiya əhalinin real gəlirlərinin artım sürətini azalmasına səbəb olub.

Sfera.az xəbər verir ki, bu ilin birinci rübündə əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz artaraq 18,48 milyard manat olub. Bu dövrdə hər nəfərə düşən gəlirlər orta hesabla 1823,7 manat təşkil edib.

Əhalinin sərəncamında qalan gəlirlər isə 16,35 milyard manat (15,3 faiz artım), onun adambaşına düşən hissəsi 1613 manat olub.

Müqayisə göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bütün göstəricilər üzrə əhalinin nominal gəlirləri xeyli artıb. Lakin cari ildə də inflyasiya səviyyəsinin çox yüksək olması əhalinin real gəlirlərindəki artımı zəiflədib.

Belə ki, birinci rübdə inflyasiya 13,8 faiz olduğundan əhalinin real gəlirləri 1,4 faiz, adambaşına düşən gəlirlər 0,6 faiz artıb. Halbuki, ötən ilin birinci rübündə əhalinin real gəlirləri 6,7 faiz artmışdı.

Proqnoza görə ilin ikinci yarısında Azərbaycanda inflyasiya səviyyəsi aşağı düşəcək, hətta birrəqəmli səviyyəyə enəcək. Əgər bu proqnoz özünü doğruldarsa və əhalinin nominal gəlirlərində artım sürəti indki səviyyədə olarsa, o halda, əhalinin real gəlirlərində artım daha böyük olacaq.

Qeyd edək ki, əhalinin real gəlirlərinin artması onun yığım və sərmayə imkanlarını artırır. Əhali gəlirlərini əsasən sahibkarlıq fəaliyyətindən, əməkhaqqından, cari transfertlərdən və mülkiyyətdən əldə edir.

Əhalinin xərclərinin isə ən çox hissəsini son istehlak xərcləri təşkil edir. İnflyasiya yüksəldikdə əhalinin istehlak xərclərində ciddi artım baş verir və bu, yığım imkanlarını məhdudlaşdırır.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR