Əsas kapitala sərmayə qoyuluşunda “sıçrayış” qeydə alınıb – RƏQƏMLƏR

Əsas kapitala sərmayə qoyuluşunda “sıçrayış” qeydə alınıb – RƏQƏMLƏR

Azərbaycanda əsas kapitala sərmayə qoyuluşunda artım 2023-cü ildə bir qədər də güclənib. 


Sfera.az xatırladır ki, 2013-cü ildən sonra əsas kapitala sərmayə qoyuluşunda azalma müşahidə edilirdi. Azalma dinamikası 2022-ci ilə qədər davam etdi və yalnız ötən il əsas kapitala sərmayə qoyuluşu 5,5 faiz artdı. 2023-cü ilin birinci rübünün məlumatına görə isə sərmayə qoyuluşunda artım bir neçə dəfə güclənərək 40,3 faizə çatıb. 


Sərmayə qoyuluşunun artmasının əsas səbəbi işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinin güclənməsidir. 2023-cü ilin dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsait bir qədər də artırılıb. Bu artımın hesabına dövlət büdcəsindən əsas kapitala yönəldilən vəsaitlərin həcmi 2,2 dəfə artaraq 1,374 milyard manata çatıb. 


Ümumilikdə, birinci rübdə əsas kapitala sərmayə qoyuluşu 3,523 milyard manat olub. 


Büdcədən ayrılan vəsait bunun 39 faizini təşkil edib. Müəssisə və təşkilatlar 1,615 milyard manat xərcləyib ki, bu vəsaitin də əsas hissəsini dövlət şirkətləri təmin edib. Bu mənbə üzrə ayrılan vəsaitlərdə 4 faiz artım var. 


Digər vəsaitlər bank kreditləri, əhalinin şəxsi vəsaitləri və başqalarıdır. 


Sərmayə qoyuluşunda artımın böyük olmasında həm neft-qaz, həm də qeyri neft-qaz sahələrində sərmayə qoyuluşunun artmasının köməyi olub. Neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 23,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 51,7 faiz artıb. 


Bu il sərmayə qoyuluşunda daxili mənbələrin payı bir qədər artıb. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 73,2 faizini təşkil edib. 


2023-cü ilin yanvar-mart aylarında Bakı şəhərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binası, “Bakı KOB evi”, “STEAM İnnovasiya Mərkəzi”, Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.


Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına isə əsas kapitala 946 milyon manata yaxın vəsait yönəldilib. Bu vəsaitin daha çox hissəsini Birləşmiş Krallıq, Fransa, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Rusiya, Norveç və İran yönəldib.


Vasif


OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...