Logo

"Şahdəniz" qazının ixracı 9,7%-dən çox artıb

"Şahdəniz" qazının ixracı 9,7%-dən çox artıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 520,3 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 7% çoxdur.

Dövlət Statistika Komitəsindən Sfera.az-a verilən məlumata görə, qaz nəqlinin 47,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 5 511,4 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,7 %-lik artım).

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR