Azərbaycanın idxalında artım davam edir: Bu məhsullara çəkilən xərc kəskin artdı

Azərbaycanın idxalında artım davam edir: Bu məhsullara çəkilən xərc kəskin artdı

2023-cü ilin birinci rübünün nəticələri göstərir ki, cari ildə də Azərbaycana idxalın həcmində artım baş verəcək. 


Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ilin birinci rübündə idxal 4,029 milyard dolları ötüb. Bu məbləğ ötən ilin birinci rübündə qeydə alınan məbləğdən xeyli yüksəkdir. 


Ötən ilin birinci rübündə idxalımız 2,927 milyard dollar idi. Nominal qiymətlərlə müqayisə etdikdə məlum olur ki, bu il idxalda 1,102 milyard dollarlıq, yəni 37,65 faiz artım qeydə alınıb. 


Xatırladaq ki, ötən ilin yekununda idxalın həcmi 14 milyard dolları ötməklə rekord həcmə çatmışdı. İdxalın rekord həcmə çatmasına baxmayaraq, ixracın da kəskin artması hesabına xarici ticarət dövriyyəsində profisit xeyli böyümüşdü. 


Amma bu il vəziyyət əksinədir. Birinci rübün məlumatlarına görə, idxal kəskin artsa da ixrac nəinki artmayıb, əksinə bir qədər də azalıb. 


Buna görə də birinci rübdə xarici ticarət profisiti 2022-ci ildəki 5,053 milyard dollardan, 2023-cü ildə 3,71 milyard dollara geriləyib. 


Özlüyündə birinci rübdə 3,71 milyard dollarlıq müsbət fərq yaxşı nəticədir. Bununla belə xarici ticarətdə profisitin dinamikasının azalmaya doğru kəskin meyillənməsi yaxşı əlamət deyil. 


Bəs bu il hansı mal qrupları üzrə xarici ticarətdə idxal artıb?


İdxalda ən çox artım yeyinti məhsullarında, avtomobillər və onların hissələrində, yanacaqda qeydə alınıb. 


Ötən ilin birinci rübündə yanacaq idxalının həcmi 148 milyon dollar olduğu halda bu il 548 milyon dollara yüksəlib. Yanacaq məhsulları üzrə idxal 400 milyon dollar və ya 2,7 dəfə artıb. 


Avtomobil və onların ehtiyat hissələrinin idxalına çəkilən xərc də kəskin artıb. 2022-ci ilin birinci rübündə 246 milyon dollarlıq avtomobil və ehtiyat hissəsi idxal edilmişdi. Bu ilin eyni dövründə idxalın həcmi 410,6 milyon dollara yüksəlib. Adıçəkilən malların idxalında artım 165 milyon dollar artıb. Yeyinti məhsullarında isə idxal 490 milyon dollardan 583 milyon dollara qədər artıb. 


Ümumilikdə adıçəkilən mal qrupları üzrə idxalda 650 milyon dollardan çox artım baş verib. 


Birincə rübdə idxalda qeydə alınan yüksək artım tempi növbəti rüblərdə də davam edərsə, 2023-cü ilin yekununda idxalda yeni rekord qeydə alınacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...