Banklarda valyutadəyişmə ilə bağlı yenilk - VİDEO
Valyuta mübadiləsi qaydalarına dəyişiklik edilib.
Sfera.az xezerxeber.com-a istinadən bildirir ki, indiyə qədər 500 dollardan və ya ona ekvivalent olan digər xarici valyutadan yuxarı məbləğdə pulun mübadiləsi, yəni həm alış, həm də satış zamanı şəxsiyyət vəsiqəsi tələb olunurdusa, bu qayda birtərəfli qaydada dəyişdirilib. Yəni bundan sonra 500 dollardan yuxarı valyuta almaq istəyən müştəri banka yenə də şəxsiyyətini təsdiq edən vəsiqəni təqdim etməli olacaq. Ancaq müştəri banka dollar satmaq istəyirsə, onda şəxsiyyət vəsiqəsi ilə bağlı tələb 10 min dollardan yuxarı məbləğə şamil olunacaq.
Mərkəzi Bank fiziki və hüquqi şəxslərin mülkiyyətində olan xarici valyuta vəsaitlərinin dövriyyəyə qayıtmasını asanlaşdırmaq məqsədilə qaydalara dəyişiklik etdiyini açıqlayıb. Mütəxəssislərə görə, bu dəyişiklik vətəndaşların işinə yarayacaq.