“Bu ilin ikinci yarısında neft bahalaşacaq” - Enerji Agentliyinin prezidenti

“Bu ilin ikinci yarısında neft bahalaşacaq” - Enerji Agentliyinin prezidenti

Beynəlxalq Enerji Agentliyinin (UEA) prezidenti Fatih Birol “OPEC+” ölkələrinin hasilatı azaltmaq qərarının qiymətlərdə artıma səbəb olacağını bildirib. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, UEA prezidenti Fatih Birol “OPEC+” ölkələrinin qərarının iqtisadiyyatlar üçün pis sürpriz olduğunu və ilin ikinci yarısında tədarükün azalması ilə qiymətlərin artacağını deyib. 


Birol əlavə edib ki, qlobal yanacaq istehlakı ilin son rübündə maksimum həddə çatacaq. 


Qeyd edək ki, ABŞ-nin kommersiya xam neft ehtiyatları keçən həftə əvvəlki həftəyə nisbətən 600 min barel artıb. ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki ticari xam neft ehtiyatlarının keçən həftə təxminən 600 min barrel artaraq 470 milyon 500 min barrelə çatdığını açıqladı. Bazar gözləntisi ehtiyatların 1 milyon 300 min barel azalacağı idi. Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları 1 milyon 600 min barrel azalaraq 369 milyon 600 min barelə düşüb. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR