Zəngin çinlilər kapitalını Sinqapura köçürür – SƏBƏBLƏR

Zəngin çinlilər kapitalını Sinqapura köçürür – SƏBƏBLƏR

Zəngin çinlilər pulları və özləri üçün qaçış yolları axtarırlar. Çindən getmək istəyənlər “Asiyanın İsveçrəsi” adlandırılan və şəhər dövləti olan Sinqapura üz tuturlar. 


Sfera.az xəbər verir ki, çinlilərin öz sərvətini ölkədən çıxarmasının səbəbi varlıların Çin hökumətinə inamının zəif olmasıdır. 


İngiltərənin “The Telegraph” nəşri yazır ki, Çin hökuməti də kapital axınına qarşı seyrci qalmır. Ölkədən öz vəsaitini çıxartmaq istəyən yerli iş adamları müxtəlif formada cəzalandırılır. Son illərdə iş adamlarının oğurlanaraq mühakimə edilməsi faktlarına daha çox rast gəlinməsi də bunun əlamətidir. 


Sonuncu dəfə çinli milyarder Bao Fan “yoxa çıxıb”. O, iki ay əvvəl Şanxayda “itkin düşüb”. Bao Fan Şanxayın ən uğurlu maliyyəçilərindən biri idi. Qəzet yazır ki, hökumətin bu cür davranmasında məqsəd digər yerli investorları, zənginləri qorxutmaq, onları kapital qaçışı düşüncəsindən yayındırmaqdır. 


Çin Xalq Respublikasının qurucu lideri Mao Tszedunun ölümündən sonra Çinin azad bazar iqtisadiyyatına keçidi, mülkiyyət azadlığı kapital hərəkətində sərbəstlik yaratdı. Bunun nəticəsində çoxlu zəngin çinli pullarını ofşorlara yönəltdilər. Buna səbəb kapitallarının toxunulmazlığı ilə bağlı inamın olmamasıdır. Çində bir çoxları hesab edir ki, varlı adamların sərvətləri gec-tez kommunist sisteminə qalacaq.


Bu narahatçılıq Çindən kapital axınını təşviq edir. Amma 2015-ci ildə, təxminən 1 trilyon dolların ölkədən çıxarılmasından sonra kapitala nəzarət gücləndirilib. Bunun sayəsində kapital axını azalıb və 2022-ci ildə təxminən 45 milyard dollar ölkəni tərk edib.


Yayılan məlumatlara görə, Çin hökuməti kapital axınını zəiflətmək üçün sərvət vergisini tətbiq etməyə hazırlaşır. Bu il hökumət xüsusilə maliyyə sektorunu hədəf alaraq anti-korrupsiya kampaniyasını da genişləndirib. 


İndi iri biznesmenlər pullarını və özlərini nə qədər təhlükəsiz saxlaya biləcəklərini düşünürlər. 


Bəs ağıllı investor niyə Sinqapura üz tutur? 


Varlı çinlilər üçün əvvəlki illərdə seçim Honq Konq idi. Lakin indi Honq Konq da Pekinin nəzarəti altındadır. Bunu 2017-ci ildə çinli bir biznesmenin Honq Konqun otellərinin birində Çin polisi tərəfindən oğurlanması da təsdiqləyir. 


Buna görə də Çin iş adamları Sinqapura meyilləniblər. Sinqapurda yaşayan əhalinin təxminən 66 faizi çinlidir. Burada çoxlu iş adamının kapitalı saxlanılır. 
2021-ci ildə Sinqapura 330 milyard dollar dəyərində kapital yönəldilib. Bu qədər vəsait Honq Konqa daxil olandan təxminən iki dəfə çoxdur. 


Sinqapura çinli iş adamlarının marağının artması səbəbindən kirayələr 30 faiz bahalaşıb, eyni zamanda şəhərdəki beynəlxalq məktəblərin sayı artıb, dəbdəbəli avtomobil satış mərkəzləri çoxalıb, mühasiblər və miqrasiya sahəsi üzrə hüquqşünaslara tələb genişlənib. 


Son iki ildə super varlılara qulluq edən “ailə ofislərinin” sayı demək olar ki, iki dəfə artaraq 700-ə çatıb. Bəziləri isə bu rəqəmin tezliklə 1500-ə çatacağını təxmin edir. 
İndi Sinqapur dəli olmayan zəngin asiyalılar üçün cəlbedici, təhlükəsiz və aşkar qaçış yoludur. Ancaq bu qaçış yolunun nə qədər davam edəcəyini heç kim bilmir. Yerli əhali artıq Çinin yeni gəlişlərinin qiymətləri artırmasından şikayətlənir, Sinqapur səlahiyyətliləri isə investor vizası üçün həddi dörd dəfə artıraraq 7,5 milyon dollar çatdırıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Pensiya alanlara ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.  ...

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı

“Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov A...

Türkiyə XİN: Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...

ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərdi

ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabın...

Vətəndaşlar pullarını necə idarə etməlidirlər? - İqtisadçıdan MƏSLƏHƏT

Bəzi vətəndaşlar aldıqları əməkhaqqının həcmindən asılı olmayaraq, pulla necə davranmalı olduqlarını bilmirlər. Bu da normal olaraq onların ay sonuna doğru bir ...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 4

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.  ...