Ərzaq məhsulları UCUZLAŞDI - STATİSTİKA

Ərzaq məhsulları UCUZLAŞDI - STATİSTİKA

Qlobal ərzaq qiymətlərində ucuzlaşma 12-ci aya keçib. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlayıb. FAO-nun Qlobal Ərzaq Qiymətləri indeksi martda fevrala nisbətən 2,15 faiz, ötən ilin martına nisbətən isə 20,5 faiz azalıb.


Beynəlxalq səviyyədə ərzaq mallarının qiymət səviyyəsinin düşməsinə taxıl və bitki yağlarının dəyərinin enməsi təsir göstərib. 


Bol tədarük, aşağı idxal tələbi və Qara Dəniz Taxıl Təşəbbüsünün genişlənməsi taxıl qiymətlərinə azaldıcı təsir göstərir. 


FAO bildirir ki, martda aylıq müqayisədə taxıl 5,6 faiz, illik müqayisədə isə 18,5 faiz azalıb. 


Taxılı ucuzlaşdıran əsas amillər Avstraliyada güclü istehsal, Avropa İttifaqında məhsula bazarında sabitlik, Rusiyadan yüksək tədarük və Qara dəniz limanlarından Ukraynadan ixracın davam etməsidir. 


Bu il süd və süd məhsullarının qiymətlərində də enmə müşahidə edilib. Şəkər isə bahalaşıb. Şəhərin bahalaşması Hindistan, Tayland və Çində istehsalın azalması ilə bağlı olub. Bahalaşan məhsullar arasında ət də var. 


Qeyd edək ki, son 1 ildə dünyada ərzaq qiymətləri ensə də Azərbaycanda təxminən 19 faiz artıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR