Banklarda əmanəti olanlar - bunu mütləq izləsin! - VİDEO
İlin əvvəlindən indiyə qədər bir neçə bankın bağlanması əmanətçilərdə müəyyən narahatçılıq yaradıb. Məsələ ondadır ki, hər dəfə banklar bağlandıqca Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətlər geri qaytarıldığından fondun pul ehtiyatları daha da məhdudlaşır. Bu isə digər banklarda əmanəti olan vətəndaşlarda da narahatlıq yaradıb. Mərkəzi Bank haqqında qanuna edilən dəyişikliklər buna əsasın olmadığını göstərir.
Banklardakı əmanətlərin geri qaytarılmasında yaşanan çətinliklər aradan qalxır. Bununla bağlı Milli Məclis Mərkəzi Bank haqqında qanuna dəyişiklik edib.
Dəyişikliyə əsasən Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna dövlət zəmanəti ilə təmin olunmuş kredit verəcək.
Ötən gün əmanətlərin sığortalanması fondu ''Bank Standart''-ın qorunan əmanətçilərnə müraciət edərək bildirmişdi ki, ilk olaraq 50 min dollar və 80 min manat məbləğinə qədər olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçiriləcək. Daha böyük məbləğdə olan əmanətlər üzrə kompensasiyaların ödənişi sonrakı mərhələyə qalmışdı.
Bu isə istər istəməz vətəndaşlarda kompensasiyaların nə zaman qaytarılacağı ilə bağlı narahatçılıq yaradırdı. Mərkəzi Bank haqqında qanuna edilən dəyişiklik bu problemin həllini hədəfləyib.
Qeyd edək ki,''Əmanətlərin sığortalanması haqqında'' qanunda da mərkəzin bankın kredit vermək səlahiyyəti var idi. Mərkəzi bank haqqında qanuna da bu əlavənin edilməsi, bu sahədəki hüquqi bazanı daha da gücləndirmiş oldu.