İlon Mask xeyli sərvət itirib - Artıq Dünyanın ən varlı adamı odur – FOTO

İlon Mask xeyli sərvət itirib - Artıq Dünyanın ən varlı adamı odur – FOTO

“Forbes” 2023-cü ilin milyarderlərinin siyahısını açıqlayıb. 

 

Sfera.az xəbər verir ki, “Tesla”, “Sapce X” və “Twitter”in sahibi İlon Mask "dünyanın ən varlı adamı" titulunu itirib. 

 

Belə ki, hazırda dünyanın ən varlı şəxsi Fransanın lüks məhsullar nəhəngi “LVMH”nin rəhbəri Bernard Arnodur. Arno 211 milyard dollarlıq sərvətlə siyahıya başçılıq edir.


Ən varlı adamların yenilənən siyahısında zirvəyə yerləşən Bernard Arnonun şirkəti  “Louis Vitton”, “Tag Heuer”, “Dior” kimi bir çox məşhur markaya ev sahibliyi edir. 

 

Jurnalın məlumatına görə, ötən il 2 min 668 nəfər olan milyarderlərin sayı bu il 2 min 640-a düşüb. 

 

Siyahıdakıların təxminən yarısının ötən illə müqayisədə sərvət itkisi yaşadığı bildirilib. İlon Mask ən çox sərvət itirənlər arasındadır. Ötən il 219 milyard dollar sərvəti olan iş adamı bu il 180 milyard dollarla ikinci yerdə qərarlaşıb. Siyahının üçüncü pilləsində yerləşən “Amazon” şirkətinin sahibi Ceff Bezosun isə 140 milyard dolları var. “Oracle”ın prezidenti Larri Ellison 107 milyard dollarla dördüncü, Uorren Baffet isə 106 milyard dollarlıq sərvəti ilə beşinci yerdə qərarlaşıb.

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Zərərçəkənlər Vardanyanın məhkəməsində danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

"Atam öz cinayətini yüngülləşdirmək üçün "namus" ifadəsini ortaya atıb"

Ötən gün Qobustan rayonunda baş verən qətl hadisəsi zamanı 2001-ci il təvəllüdlü kənd sakini Günel Rasim qızı Ağabəyli yaşadığı evdə qətlə yetirilib.   ...

Azərbaycanda kino istehsalına yeni dövlət dəstəyi

Prezident İlham Əliyevin 2025-ci il 29 may tarixli 610 nömrəli Sərəncamının icrası çərçivəsində, Nazirlər Kabineti tərəfindən ölkəmizdə ilk dəfə olaraq &ld...

Əli Əsədov Pakistan Milli Assambleyasının sədri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 8-də ölkədə rəsmi səfərdə olan Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyə...

Tatlısəs 100 mənzildən ibarət bina tikdirir

Türkiyəli müğənni İbrahim Tatlısəs daşınmaz əmlaklarının sayını artırır.   Sfera.az xəbər verir ki, ifaçı 100 mənzildən ibarət bina tikdirməyə başlay...

Nazir ona yüksək vəzifə verdi

Vasif Qurbanzadə Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə müdir təyin edilib.   Sfera.az bildirir ki, bununla bağlı mədəniyyət naziri Adi...