“Dövlət Vergi Xidmətinin xətti ilə vergi yığımları 75 faiz artıb” – Mikayıl Cabbarov

“Dövlət Vergi Xidmətinin xətti ilə vergi yığımları 75 faiz artıb” – Mikayıl Cabbarov

2023-cü ilin yanvar-mart aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergidaxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 74,8% artaraq 4 milyard 899,5 milyon manat olub. 


Sfera.az xəbər verir ki, bu haqda məlumatı İqtisadiyyat naziri Mikayıl Cabbarov açıqlayıb. 


Nazir qeyd edib ki, birinci rübdə qeyri neft-qaz sektorundan isə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 2 milyard 618 milyon manat olub. M.Cabbarov vurğulayıb ki, büdcənin vergi gəlirlərində əhəmiyyətli artımlar iqtisadiyyatımızın dayanıqlılığını gücləndirir.


Xatırladaq ki, ötən ilin birinci rübündə dövlət büdcəsinə vergi daxilolmaları 2,803 milyard manat təşkil etmişdi. Bu ilin ilk 3 ayında vergilərdə 2 milyard manatdan artıq vəsait daxil olub. 


Qeyri neft-qaz sektoru üzrə ötən ilin birinci rübündə vergi gəliri 2,25 milyard manat olmuşdu. Bu ilin 3 ayında qeyri neft-qaz bölməsi üzrə toplanan vergilər 370 milyon manata yaxın artıb. 


Vasif


OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...