Neft Fondunun dollar satışı nəzərdə tutulandan 2 dəfə az olub

Neft Fondunun dollar satışı nəzərdə tutulandan 2 dəfə az olub

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2023-cü ilin mart ayı ərzində 383,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.


Sfera.az xəbər verir ki, fevral ayı ilə müqayisədə martda xarici valyuta satışı bir qədər artıb. Fevralda satışın həcmi 356,6 milyon dollar idi. 


Martda tələb bir qədər artsa da ümumilikdə, bu ilin  birinci rübündə satılan valyutanın həcmi az olub. Birinci rübdə satış 929 milyon dollar təşkil edib. 


Azərbaycanda 2023-cü ildə ötən il olduğu kimi xarici valyutaya tələbin zəif olduğu görünür. Satışın həcmi proqnozlaşdırılan məbləğdən xeyli azdır. Cari ildə 7 milyard dollardan çox və ya hər ay 600 milyon dollar vəsaitin satılması nəzərdə tutulsa da faktiki satış bundan 2 dəfə azdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR