2023-cü ildə illik inflyasiya nə qədər olacaq? – Mərkəzi Bank AÇIQLADI

2023-cü ildə illik inflyasiya nə qədər olacaq? – Mərkəzi Bank AÇIQLADI

Azərbaycanda inflyasiyanın səviyyəsində tədricən azalma müşahidə edilsə də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır. 


Sfera.az xəbər verir ki, bu haqda açıqlamanı Azərbaycan Mərkəzi Bankı verib.

 

Mərkəzi Bank bildirib ki, stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artması şəraitində məcmu tələb genişlənir və qeyri-neft sektorunda iqtisadi artım yüksək olaraq qalır:

 

“Cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir. Banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də hələ də yüksəkdir və cari ilin fevralında 15,7% təşkil edib.

 

İlin əvvəlindən bəri qiymətləri dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin qiymətlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilən qərar inflyasiya gözləntilərinə təsir edə bilər. Qeyd olunanlar proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır”.


Vasif


OXŞAR XƏBƏRLƏR