Yaponiyada nəhəng büdcə qəbul edildi - 114,3 trilyon...

İqtisadiyyat
12:29 / 29.03.2023
18188
Yaponiyada rekord böyüklükdə olan dövlət büdcəsi qəbul olunub.
Sfera.az xəbər verir ki, rekord büdcə 2023-cü ilin aprel-2024-cü ilin mart aylarını əhatə edəcək.
Yeni büdcə 114,3 trilyon yen, yəni 870 milyard dollar təşkil edəcək.
Nəhəng büdcədə ölkə əhalisinin yaşlanmasından qaynaqlanan sosial müdafiə və sosial təminat xərcləri ən yüksək səviyyəni görəcək.
Sosial təminat xərcləri 36,9 trilyon yen (281 milyard dollar), müdafiə xərcləri 6,8 trilyon yen (52 milyard dollar) təşkil edəcək. Vergi gəlirləri 69,4 trilyon yen (522 milyard dollar) olacaq.
Digər gəlirlərin çox hissəsi dövlət istiqrazları hesabına ödəniləcək. Büdcə üçün 35,6 trilyon yen (272 milyard dollar) dəyərində dövlət istiqrazı buraxılacaq.
Vasif