Doqquz gün iş olmaması dollara tələbi ARTIRDI

Doqquz gün iş olmaması dollara tələbi ARTIRDI

Azərbaycan Mərkəzi Bankında bu gün keçirilən valyuta hərracında tələbin kəskin artması müşahidə edilib. 


Sfera.az xəbər verir ki, hərracda tələb 96,3 milyon dollara yüksəlib. Bu məbləğ əvvəlki hərraclarda satılan valyutanın məbləğindən ən azı 2 dəfə yüksək olub. 


Bəs son hərracda tələbin kəskin artması nə ilə bağlıdır?


Tələbin artmasının əsas səbəbi Novruz bayramı ilə əlaqədar 12 gün ərzində hərracın keçirilməməsidir. Əvvəlki tarixlərdə adətən 3-4 gündən bir hərrac keçirilirdi. Amma martın 18-26-sı tarixlərində 9 gün qeyri-iş günü olması hərracların keçirilməsinə imkan verməyib. Buna görə də, bu gün keçirilən hərracda tələb böyük olub. 


Ümumilikdə mart ayı ərzində hərraclarda tələb 318,6 milyon dollar təşkil edib. Tələbin bu qədər olması yüksək hesab edilmir. Çünki 2023-cü ildə hərraclarda hər ay 600 milyon dollara yaxın valyutanın satılması nəzərdə tutulur. Faktiki satış proqnozlaşdırılan məbləğdən xeyli azdır. 


Vasif


OXŞAR XƏBƏRLƏR

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Prezident Sərəncam İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “...