"Benzini bahalaşdıranda neft qiymətləri deyirsiniz, bəs neft ucuzlaşanda niyə belə olmur? - İqtisadçıdan SOCAR-a ETİRAZ

"Hörmətli SOCAR rəhbərləri, siz özünüz “premium” markalı benzinin qiymətini artıranda neft qiymətlərinə istinad edirsiniz, yaxşı, eyni məntiq neft qiymətləri ucuzlaşanda nədən işləmir?!".

 

Sfera.az xəbər verir ki, bu sualla iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

 

O, müxtəlif ölkələrdə benzin qiymətini nümunə gətirərək, Azərbaycanda benzinin baha olduğunu bildirib.

 

"2023-cü ilin yanvar-fevral aylarında və mart ayının ilk 15 günündə “Brent” markalı neftin ən yüksək qiyməti 23.01.2023-cü ildə 88.11 dollar, ən ucuz qiyməti isə 14.03.2023-cü ildə 77.62 dollar olub. Bu ilin ilk 2,5 ayında “Brent” markalı neftin ortalama qiyməti 82-83 dollar arası dəyişir. SOCAR 13 iyul 2022-ci ildə “premium” markalı (Aİ95) benzinin qiymətini 2 manata qaldıranda rəsmi açıqlama verdi ki, “dünyada neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir”.

 

Hörmətli dövlət içində dövlət olan, hələ də kimlər tərəfindən idarə olunduğu dəqiq bilinməyən, buna görə də məsuliyyət və səlahiyyət bölgüsündə qarışıqlıq olan SOCAR rəhbərləri – Siz inhisarçı mövqeyinizdən istifadə edərək “premium” markalı benzinin qiymətini artıranda, iyul 2022-ci ildə neft 112 dollar idi. Bu gün brent markalı neft 78 dollardır, qiymət 34 dollar aşağı düşüb. Son aylarda benzin qiymətləri ABŞ-da 40%-ə yaxın ucuzlaşıb, bu gün ABŞ-da 1 litr benzin (orda qallonla satılır, 1 qallon - 3,785 litrə bərabərdir) 0,89 dollardır, yəni 1 manat 51 qəpikdir.AB ölkələrində son 6 ayda benzin qiymətləri 15-25% arası ucuzlaşıb (məsələn, Almaniyada “premium” markalı benzin son aylarda 16,84% ucuzlaşıb).

 

Gürcüstanda benzin keçən ilin sonuna yaxın bir litri 3,29 lari idi, dünən qiymət 2,75 lari olub. Rusiyada 1 litr “premium” markalı benzinin bu günə ortalama qiyməti 51 rubldur - 0,68 dollar, yəni 1 manat 15 qəpik.

 

Hörmətli SOCAR rəhbərləri, siz özünüz “premium” markalı benzinin qiymətini artıranda neft qiymətlərinə istinad edirsiniz, yaxşı, eyni məntiq neft qiymətləri ucuzlaşanda nədən işləmir?! Bu suala kim cavab verəcək, SOCAR prezidenti, ya İnvestisiya Holdinqi, ya İqtisadiyyat Nazirliyi – bir babaigid varmı cavab verməyə?! Məntiqlə, indi premium markalı benzinin qiyməti bizdə 1 manat 50 qəpikdən baha olmamalıdır, düzünü deyin, hər litrdə 50 qəpik kimin xeyridir?!",- iqtisadçı qeyd edib.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...