ABŞ-də 3 bank müflis olub – Onların aktivi 333 milyard dollar idi

ABŞ-də 3 bank müflis olub – Onların aktivi 333 milyard dollar idi

Son bir həftə ərzində ABŞ-də 3 bankın müflis olması səbəbindən bağlanması sadəcə ABŞ-də deyil, digər ölkələrdə də narahatçılıqla izlənilir. 


Sfera.az xəbər verir ki, narahatçılıq yaradan əsas məqam bankların bağlanmasının davamlı olması və bu prosesin digər ölkələrdəki bank, maliyyə sektoruna sıçraması ehtimalıdır. 


Xatırladaq ki, 2008-ci ildə oxşar hadisə səbəbindən dünya iqtisadiyyatı dərin maliyyə böhranı yaşadı. 


ABŞ hökuməti belə bir ehtimalın olmadığını bəyan edib. Administrasiya rəsmisinin sözlərinə görə hökumətdə hesab edirlər ki, 3 bankın müflis olması 2008-ci ildəki maliyyə böhranının təkrarı deyil. 


Hökumətin açıqlamasına baxmayaraq, bank sektorunda narahatçılıq qalır. Məlumat üçün bildirək ki, bağlanan 3 bankın 333 milyard dollar aktivi olub. 


Bağlanan banklardan ən böyüyü “Silicon Valley Bank”dır. Onun aktivləri 212 milyard dollardır və o, banklar arasında aktivlərinin böyüklüyünə görə 16-cı sıradadır.  
“Silicon Valley Bank” ABŞ-də texnoloji startapların ən böyük kreditoru kimi tanınır. 


Bankın depozit bazası 324 milyard dollar olub. 


“Signature Bank”ın da aktivləri çoxdur. Bu bank 110,36 milyard dollar aktivə sahib idi. Bankda əmanətlərin həcmi isə 88,59 milyard dollar təşkil edib. 

 

Bağlanan 3-cü bank “Silvergate”dir. Bu bank digərləri ilə müqayisədə çox kiçikdir. Onun aktivləri 11 milyard dollar dəyərində qiymətləndirilir. 
“Silvergate” kriptovalyuta bazarına daha çox kredit verib. 


Vasif


OXŞAR XƏBƏRLƏR