Sanksiyalar fayda vermədi, Rusiyanın xarici ticarət dövriyyəsi artdı – RƏQƏMLƏR

Sanksiyalar fayda vermədi, Rusiyanın xarici ticarət dövriyyəsi artdı – RƏQƏMLƏR

Ötən il ağır iqtisadi sanksiyaların tətbiq olunmasına baxmayaraq, Rusiyanın xarici ticarət dövriyyəsi azalmayıb, əksinə bir qədər də artıb. 


Sfera.az “Kommersant”a istinadən xəbər verir ki, 2022-ci ildə Rusiyanın xarici ticarət dövriyyəsində artım 8,1% təşkil edib.


Federal Gömrük Xidmətinin məlumatına görə, ötən il xarici ticarət dövriyyəsinin həcmi 850,5 milyard dollara çatıb. Ticarət profisiti 332 milyard dollara yüksəlib. İxracın həcmi 19,9 faiz artaraq 591,5 milyard dollara, idxal 11,7 faiz azalaraq 259,1 milyard dollara çatıb. 


Rusiya ötən il ərzində neft və neft məhsullarının ixracını 42,8% artıraraq 383,7 milyard dollara çatdırıb. Dəyər ifadəsində ərzaq məhsulları və kənd təsərrüfatı xammalının ixracı 14,8 faiz, gübrə tədarükü 54,3 faiz artaraq 19 milyard 295 milyon dollar, gübrə idxalı isə 2,1 dəfə artaraq 351,6 milyon dollar təşkil edib. 


Vasif


OXŞAR XƏBƏRLƏR