Dollarda bahalaşma üçaylıq maksimuma çatıb

Dollarda bahalaşma üçaylıq maksimuma çatıb

Bu gün ABŞ dollarının məzənnə dəyəri digər əsas valyutalar qarşısında son ayların ən yüksək səviyyəsinə qalxıb.


Sfera.az xəbər verir ki, dollar/yen məzənnəsi 137,8-ə yüksəlib, avro/dollar məzənnəsi isə 1,053 həddinə geriləyib. 


Ucuzlaşan valyutalar arasında Böyük Britaniya funt sterlinqi və Çin yuanı da var. 


Ümumilikdə, ABŞ dolları adıçəkilən valyutalar qarşısında son 3 ayın ən yüksək səviyyəsinə çatıb. 


Dolların bahalaşmasına səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauelin faizlərin gözləniləndən daha çox artırılacağı ilə bağlı açıqlaması olub. 


Pauelin açıqlamasından sonra proqnozlaşdırılır ki, FED martda uçot dərəcəsini 0,5 faiz bəndi artıracaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR