Logo

Rusiyanın neft gəlirləri bir qədər də azalacaq: Qərb ölkələri qiymət tavanına yenidən baxacaq

Rusiyanın neft gəlirləri bir qədər də azalacaq: Qərb ölkələri qiymət tavanına yenidən baxacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın ixrac etdiyi neftə Qərb ölkələrinin tətbiq etdiyi qiymət tavanına yenidən baxılacaq.

Sfera.az “RBC.ru”ya istinadən xəbər verir ki, qiymət tavanının bu ilin martında dəyişdirilməsi nəzərdə tutulub. Bununla bağlı məlumatı ABŞ Maliyyə nazirinin terrorizmin maliyyələşdirilməsi və maliyyə cinayətləri ilə mübarizə üzrə köməkçisi Elizabet Rozenberq Hyustonda keçirilən “CERAWeek” beynəlxalq enerji konfransında çıxışı zamanı açıqlayıb.

Hələlik hansı yeni qiymətin təyin ediləcəyi bilinmir. Yalnız Polşa hökuməti qiymət tavanına dair təklifini açıqlayıb. Rəsmi Varşava qiymət tavanının 2 dəfə azaldılaraq 30 dollar olmasını təklif edib.

Rusiya neftinin idxalı üçün qiymət tavanı 2022-ci ilin dekabrın 5-dən tətbiq olunur. Hazırda qüvvədə olan tavan qiymət 60 dollardır. Qaydalara əsasən, bu razılaşmaya qoşulan ölkələrdə fəaliyyət göstərən şirkətlər Rusiyadan nefti 60 dollar və ondan ucuz almalıdır. Rusiyadan daha yüksək qiymətə neft idxalı qadağan olunub.

Bu razılaşmaya dünyanın inkişaf etmiş 7 ölkəsi (ABŞ, Yaponiya, Almaniya, İngiltərə, Fransa, İtaliya və Kanada), Avropa İttifaqına üzv ölkələr və Avstraliya qoşulub.

Qərb analitikləri hesab edir ki, qiymət tavanı mexanizmi səmərəlidir. O, dünyada neft çatışmazlığını aradan qaldırdığı kimi, Rusiyanın neft satışından çox gəlir əldə etməsinin də qarşısını alır. Qiymət tavanının tətbiq edildiyi son 3 ay ərzində Rusiya adıçəkilən ölkələrə neftini 60 dollardan ucuz satıb ki, bu da ciddi gəlir itkisi deməkdir.

Rəsmi Moskva isə qiymət tavanının tətbiqinin səmərəsiz olduğunu iddia edir. Rusiya qiymət tavanına qoşulan ölkələrə neft və neft məhsullarının tədarükünü qadağan edib. Bu qadağadan sonra Rusiyanın gündəlik neft hasilatı 500 min barel (təxminən 5%) azalıb.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR