Rusiyada və Azərbaycanda ipoteka kreditləri hansı şərtlərlə verilir? - MÜQAYİSƏ

Rusiyada və Azərbaycanda ipoteka kreditləri hansı şərtlərlə verilir? - MÜQAYİSƏ

Rusiyada verilən ipoteka kreditlərinin orta müddəti 2023-cü ildə 27 ilə (324 ay), ortaaylıq ödəniş 660 manata yüksələcək. 


Sfera.az “RBC.ru”ya istinadən xəbər verir ki, 2022-ci ilin sonuna olan məlumata görə ipoteka kreditləri üzrə orta müddət 24 il olub.


İllik faiz dərəcəsi isə hazırda 7,86 faizdir. İpoteka faizlərinin birinci rübün sonunda 8 faizə, ilin sonunda 9 faizə yüksəlməsi gözlənilir. 


Müqayisə üçün bildirək ki, Azərbaycanda ipoteka kreditləri üzrə orta müddət 23,5  il (282 ay), ortaaylıq ödənişlər 410 manat təşkil edib. Kreditlər üzrə illik faiz dərəcəsi isə orta hesabla 6,34-dür. 


Göründüyü kimi Rusiyada kreditlər daha uzun müddətə verilsə də faizlər daha yüksəkdir. Əgər Azərbaycanda da kreditlər daha uzun müddətə verilərsə, aylıq ödəniş məbləği bir qədər də aşağı düşəcək. 


Ölkəmizdə 2015-ci ildə ipoteka kreditləri üzrə orta müddət 279,4 ay (23,3 il) idi.


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...