Logo

İstehlaka yararsız enerji içkisi məhv edildi - FOTO

İstehlaka yararsız enerji içkisi məhv edildi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İstehlaka yararsız qida məhsulları məhv edilib.

Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.

Bildirilib ki, İstehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Jenuessa Global Azerbaijan” MMC-yə məxsus ümumi sayı 6000 ədəd “Nevo” əmtəə nişanlı enerji içkisi “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, fiziki şəxs Diniyev Kənan Cəlal oğluna məxsus ümumi sayı 128 ədəd qablaşdırılmış turşu məhsulu, “GFC” MMC-yə məxsus ümumi çəkisi 19 ton dondurulmuş toyuq əti məhsulu “Təmiz-Şəhər” ASC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda, “Aqro-Vest DC” MMC-yə məxsus ümumi çəkisi 37,5 ton müxtəlif növ qida məhsulu, “Milla Dairy" MMC-yə məxsus 7 adda 12,293 ton müxtəlif növ dondurma məhsulu isə “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR