Türkiyə Azərbaycanın qeyri neft-qaz mallarının əsas alıcısına çevrilib

Türkiyə Azərbaycanın qeyri neft-qaz mallarının əsas alıcısına çevrilib

Azərbaycanın yanvar ayında ixrac etdiyi qeyri neft-qaz mallarının 64,3 milyon dolları yeyinti məhsullarından, 220,2 milyon dolları qeyri-yeyinti məhsullarından ibarət olub.


Sfera.az xəbər verir ki, yanvarda ixrac edilən qeyri neft-qaz malları arasında kimya sənayesi məhsullarının ixracı 11,3%, spirtli və spirtsiz içkilərin ixracı 11,1 dəfə, şəkər ixracı 2,5 dəfə, çay ixracı 2,3 dəfə artıb. 


Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın dəyəri 67,1 milyon dollar təşkil edib. 2023-cü ilin yanvar ayı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94%-ni formalaşdırıb. Qeyri neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.


2023-cü ilin yanvar ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (106,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya Federasiyası (68,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (24,5 milyon ABŞ dolları) üçüncü  olub.


2023-cü ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (72,4 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (15,5 milyon ABŞ dolları) ikinci və meşə fındığı (11,8 milyon ABŞ dolları) üçüncü olub.


Vasif

 


OXŞAR XƏBƏRLƏR