Türkiyə iqtisadiyyatı 5,6 faiz böyüyüb - RƏQƏMLƏR

Türkiyə iqtisadiyyatı 5,6 faiz böyüyüb - RƏQƏMLƏR

Türkiyə iqtisadiyyatı 2022-ci ildə 5,6 faiz böyüyüb. 


Sfera.az Türkiyənin Statistika Qurumuna istinadən xəbər verir ki, Türkiyə iqtisadiyyatının böyüməsində istehlakın payı daha çoxdur. Ötən il istehlakda 19,7 faiz artım qeydə alınıb. 


İqtisadi inkişafda mühüm rol oynayan xidmət sektorunda 11,7 faiz, ixracda 9,1 faiz, sərmayə qoyuluşunda isə 2,8 faiz artıb. 


2022-ci ildə Türkiyənin bəzi sahələrində daralma da qeydə alınıb. O cümlədən sənayedə 3 faiz, tikintidə 0,3 faiz istehsal azalıb. 


Türkiyə iqtisadiyyatında böyümə ilə yanaşı bəzi neqativ hallar da müşahidə edilib. Ölkənin cari əməliyyatlar balansında 45 milyard dollar kəsir yaranıb ki, bu da son illərin ən yüksək göstəricisidir. 


Cari əməliyyatlar kəsirinin böyük olmasının səbəbi xarici ticarət kəsiri ilə bağlıdır. Xarici ticarətdə 110 milyard dollar kəsir yaranıb ki, bu da 2011-ci ildəki kəsir göstəricisindən (106 milyard dollar) yüksəkdir. 


Vasif


OXŞAR XƏBƏRLƏR